Hazırlanma və İstifadə qaydaları

Sevimli Alvina Detoks çayınızı dəqiqələr içərisində hazırlaya bilərsiniz

Bir məhsulun nə qədər effektli, keyfiyyətli olması qədər vacibdir düzgün şəkildə hazırlanma və istifadə qaydası. Biz hər bir istifadəçimizə indivudal yanaşırıq. Aşağıda hazırlanma və istifadə qaydası haqqında qısa məlumat yazsaqda, hər bir yeni istifadəçimizə Alvinanı əldə etdikdən sonra ətraflı, geniş izahat veririk.

HAZIRLANMASI:

  • normal ölçülü fincana bir paket Alvinanın tamamı əlavə edilir
  • üzərinə təzlikcə qaynamış su əlavə edilir
  • ekstrakt tam həll olana kimi qarışdırılır
  • 3-5 dəqiqə gözlənilir
  • çay içilməyə hazırdır

İSTİFADƏ QAYDASI:

  • gün ərzində 2 dəfə səhər-axşam olmaqla Alvina çayı içilməlidir
  • yeməkdən bir saat əvvəl hazırlanmış Alvina çayı içilməlidir
  • Alvina çayı hər gün eyni saatlarda içilməlidir
  • səhər saat 8-10 arası, axşam 5-7 arası arıqlama çayını içməyiniz məsləhətdir
  • gün ərzində 2 paketdən az və ya çox Alvina çayı içilməməlidir
  • gün ərzində 2-2,5l adi otaq temperaturunda su içilməlidir,
  • hər yeməkdən 20-30 dəqiqə əvvəl adi sudan 1 stəkan içilməlidir
  • gün ərzində qəbul olunan mayenin oturaraq udum-udum içilməsi məsləhətdir
  • bir dəfədə 3-4 stəkan su içilməməlidir(bu sizdə köp,şişkinlik verər)
  • suyun içərisinə heç bir dadlandırıcı qatılmamalıdır
  • Alvina arıqlama çayını qəbul etdikdən tam bir saat sonra yemək yeyilməlidir
  • ac qalmaq qətiyyən olmaz

Alvina çayı içərkən nə qədər arıqladığınızı düz deyəcək tək bir şey varsa o da tərəzidir. Çaydan istifadə etməzdən qabaq kilonuzu çəkin. Rəqəmi bir yerə qeyd edin. Bunun üçün Alvina qutusunun qapağının alt tərəfində yer ayrılıb. Orada 4 həftəlik və həftənin hər günü kilonuzu yazmaq üçün cədvəl var. Hər həftə üçün ayrılan cədvəlin altında isə "həftənin nəticəsi"ni qeyd edəcək bölmə var. Siz də ora çəkinizi qeyd edərək həm həftə, həm də ay sonunda nə qədər arıqladığınızı müşahidə edə bilərsiz.

Ümumiyyətlə Alvina arıqlama çayına başlamazdan əvvəl aşağıdakıları edərək bir yerə qeyd edin:

  • başlama tarixini
  • qolun ən qalın üst tərəfindən metrə ilə ölçüsünü
  • kürəyin ən qalın tərəfindən sinə uc nöqtəyə qədər ölçüsünü
  • belin ən incə yerinin ölçüsünü
  • qarının ən qalın yerdən, ən uc nöqtəyə qədər ölçüsünü
  • ayağın üst tərəfdən ən qalın yerinin ölçüsünü
  • əyninizə tam oturan,vücud xətlərini göstərən paltar geyinin. Ön, arxa və yandan şəkilinizi çəkin
  • Sonra müqayisə zamanı bunları təkrarlayın

Hər bir istifadəçimizə çaydan istifadə etdiyi dövrdə həm də xidmət göstəririk. Yuxarıda qeyd edilənləri Alvinaya başlamazdan əvvəl whatsapp nömrəmizdən bizə də göndərin. Həftədə bir dəfə müqayisə günümüz olur. Həm nəticələrinizi, həm Alvina arıqlama çayı haqqındakı fikirlərinizi bizimlə də bölüşsəniz çox məmnun olarıq.

Əsl kilonuzu çəkmək üçün aşağıdakılara əməl edilməlidir:

  • Əsl çəki səhər-səhər ac qarnına çəkilir
  • Tualet ehtiyacınızı etdikdən sonra tərəziyə qalxın
  • Tərəzinin hər gün eyni yerdə olmasından əmin olun
  • Tərəziyə qalxarkən əyninizdə mümkün qədər az geyim olsun
  • Xanımlar, menstruasiya dövründən 4gün əvvəl çəkilməyin
  • Uzun səyahətdən sonra çəkilməyin
  • Böyük stress və meyusluq yaşayırsızsa çəkilməyin
  • Antibiotik istifadə edirsizsə çəkilməyin
  • Qəbizliyiniz varsa çəkilməyin,çünki bu hallarda bədəninizdə keçici şişkinlik yaranır və kilonuzun tərəzidə artıq görünməsi kefinizi pozar

Düşünə bilərsizki, "niyə Alvina çayını içərkən gündə 2-2,5 litr su içməliyəm?". Təbiiki, hər gün bu qədər su içmək sizdən tələb olunmur. Amma siz daha effektli nəticə əldə etmək istirsizsə, bu su içilməlidir! Və içdiyiniz su sayəsində Alvina çayı daha da effektli olacaq. Suyun təsirini katalizator kimi düşünün. Yəni Alvina çayının təsiri ilə gedən piy-yağ parçalama prosesləri, gün ərzində içdiyiniz su ilə daha da sürətlənəcək. Və içdiyiniz suyun xeyri sadəcə bu olmayacaq. Aşağıda bu barədə geniş informasiya verilib. Bir çox insan düşünə bilərki, - "mən gün ərzində o qədər su içsəm, Alvinasızda arıqlayaram". Unutduğunuz bir şey var. Sadəcə su içmək piyləri yandırmır. Gün ərzində kifayət qədər su içməyib çəki itirən Alvina istifadəçiləri də var. Amma Alvina çayı ilə gün ərzində qəbul olunan su sizin yağlarınızı yandıracaq. Ən düzgün incəlmə də məhz yağ və piylərin əriməsi ilə gedən kilo itkisi nəticəsində olur. Eyni zamanda gün ərzində qəbul olunan su, Alvinanın parçaladığı piylərin orqanizmdən idrar yolu ilə kənarlaşmasına kömək olur. Parçalanan piy orqanizm üçün TOKSİN deməkdir. Və gün ərzində kifayət qədər su içilərsə həmin toksinlər orqanizmdən idrar yolu ilə kənarlaşar, nəticədə isə orqanizminizdə duz-su balansı pozulmaz.

Suyun həyatımızdakı rolu:

SU – insan orqanizmi üçün əvəzedilməz bir mayedir. Belə ki, kişi orqanizminin 60%-i, qadın orqanizminin 50-55%-ni su təşkil edir. Ortalama 70 kq çəkisi olan bir insanda 42 litr su mövcuddur. İçilən adi otaq temperaturundakı su 5 dəqiqə ərzində bağırsaqlardan sorularaq qana qarışır. Sudan başqa digər mayelərin bağırsaqlardan sorulma qabiliyyəti daha aşağı, müddəti isə uzundur. İçilən su bədən mayesinə qarışdıqdan sonra toxumalar arasında dövran edir və çox hissəsi böyrəklərdən xaric olunur.

Müəyyən olunmuşdur ki, maye çatmamazlığı 2% olduqda halsızlıq, 6-8% olduqda-bayılma, 10% olduqda-hallüsinasiya və hətta koma, 15-20% olduqda-orqanizmdə geri dönməyən dəyişikliklər və ölüm baş verir. 85% sudan ibarət insan beyni susuzluğa qarşı həssasdır. 1% suyun itirilməsi beyin hüceyrələrinin məhvinə səbəb olur ki, sonradan bu hüceyrələr bərpa olunmur.

Baş ağrıları orqanizmdə su çatmamazlığını bildirən siqnaldır. Ona görə baş ağrıları zamanı bir stəkan təmiz su için. Yenidoğulmuş uşaqlar 75% sudan ibarətdir, yaşlı insanlarda isə suyun həcmi 25% təşkil edir.

Su – orqanizmi ayaqda tutan qanın 83%-ni təşkil edir. Qan bütün orqanların qidalanmasını təmin edərək, zərərli maddələri bədəndən uzaqlaşdırır. Orqanizm üçün həyati əhəmiyyət kəsb edən suyu az içən insanlarda ürək krizləri riskinin artdığı göstərilmişdir. Amerikada aparılan bir tədqiqatda – gündə 5 stəkandan çox su içən insanlarda ürək krizi keçirmə riski, gündə 2 stəkandan az su içən insanlarla müqayisədə 50% aşağı olmuşdur. Həmçinin, bu tədqiqatda suyun yerinə qoyulan digər içkilərin ürək krizlərini su kimi azaltmadığı da göstərilmişdir. Beləliklə, gündə ortalama 2-3 lt su içərək ürək krizi riskini azaltmış olursunuz. Əsas mexanizm budur ki, susuz qalan bədəndə qanın qatılaşması və tromb əmələ gəlməsi çoxalır.

Suyu necə içmək lazımdır? İdeal olanı su içmənin gün ərzində paylanmasıdır. Belə ki, səhər yuxudan qalxanda 2 stəkan su içərsək, bütün orqanlarımız hərəkətə gələcək. Yeməklərdən yarim saat əvvəl içilən 1 stəkan su həzmi yaxşılaşdırır. Duş qəbul etmədən əvvəl içilən 1 stəkan su təzyiq dəyərlərini tənzimləyir. Yatmazdan əvvəl içilən 1 stəkan su ürək krizi və insult riskini azaltacaq. Beləliklə, gündəlik tövsiyyə edilən suyun miqdarı 2-3 litr olub, təxminən 8-12 stəkana bərabər sayılır.

Gün ərzində 2-3 litr su içmək sadəcə Alvina çayını effektli etmir. Həm də suyun aşağıdakı xeyrləri var:

  • Dehidrasyon, yəni bədənin həddindən artıq su itirməsi toxuma boşluqları, oynaqlar, böyrəklər, qaraciyər, beyin və dəridə zəhərli çöküntülərin yığılmasına gətirib çıxarar. Su bütün bunları təmizləyir.
  • Suyun az miqdarda qəbulu ilk növbədə dərimizə mənfi təsir edir. Dəri tez qocalır, cansız və solğun görünür, dərinin rəngi pisləşir, səpgilər əmələ gəlir.
  • Su orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, ağır mealların duzları və s.) mexaniki olaraq təmizləyir. Ziyanlı maddələrin orqanizmdə toplanması bir çox xəstəliklərin riskini artırır.
  • Böyrəklərin sağlamlığı üçün suyun kifayət miqdarda qəbulu olduqca çox vacibdir. Böyrəklər qanı təmizləyir, orqanizmdə filtr funksiyasını yerinə yeririr. Susuzlaşma qanın qatılaşmasına səbəb olur. Bu isə böyrəklərin işini çətinləşdirir.
  • Bədənin müxtəlif bölgələrindən zəhərli tullantıları toplayar və atılmaları üçün qaraciyərə, ya da böyrəklərə ötürər.
  • Ürək və beyin damarlarında qan laxtalanmasının qarşısını alır.
  • Kafein, alkol və bəzi dərmanlara asılılığın aradan qaldırılmasında kömək edir.
  • Dərini yumşaldır, nəmləndirir və yaşlılıq əlamətləri olan qırışların azalmasında köməkçidir.
  • Zehin və vücud funksiyalarını tamlaşdırır.
  • Yorğunluğun aradan qaldırılmasında çox kömək edir və bizə gənclik enerjisi verir.
  • Dehidrasyon əsnasında insan bədənində istifadə edilə biləcək bir su anbarı yoxdur. Bu səbəbdən gün boyunca nizamlı olaraq su içməmiz lazımdır.
  • Qocaldıqda yaddaş itkisinin, yaddaşsızlığın profilaktikasında böyük təsiri var.
  • Alzheimer, multipl skleroz, Parkinson və Lou Gehring xəstəliklərinin riskini azaldar.
  • Sümük iliyində qan istehsalı sistemlərini nizamlayır, lösemi və lenfoma xəstəliklərinin meydana gəlməsinin prafilaktikasında kömək edir.
  • Su bədənin hər hüceyrəsində elektriksəl və maqnetik enerji çıxarar, bizə həyat gücü verər.
  • Ağciyərlərdə oksigen yığan qırmızı qan hüceyrələrinin iş səmərəsini artırar.
  • Bağırsaqları ən yaxşı işlədən yağlayıcı maddədir, qəbizliyin qarşısını alır.
  • Uşaqlarda və böyüklərdə diqqət çatışmazlığı probleminin həllində böyük rol oynayır.
  • Susuz qalmaq cinsiyyət hormonunun istehsalına əngəl olur, bu iqtidarsızlıq və cinsi istəyin itməsinin əsas səbəblərindən biridir.
  • Qadınlarda menstrual öncəsi ağrıları və qızdırmanı sakitləşdirir.
  • Stress, gərginlik və depresiya hallarının zəifləməsində çox köməyi olur.
  • Yuxunu qaydaya salır.
  • Bütün qidaların, vitamin və mineralların təməl həlledicisidir. Bədəndə qidaları kiçik parçalara ayırır, həzmlərində və son metabolik mərhələlərində vəzifəsini yerinə yetirir.
  • Su içdiyiniz zaman susuzluq və aclıq duyğularını ayırd edə bilirsiniz.
  • Nisbi su çatışmazlığı bədənin bəzi funksiyalarını əvvəl basdırar, sonra öldürər.
  • İnfarkt və insulta qarşı qoruyucudur.
  • Su təməl enerji qaynağıdır.
  • Melatonin də daxil olmaqla, beyində istehsal edilən bütün hormonların istehsalı üçün lazımlıdır.
  • İmmun sisteminin bərkidilməsinə imkan yaradır.
  • Maddələr mübadiləsinin normallaşmasını, hüceyrələrin qidalanmasını təmin edir.
  • Həmçinin su bədən temperaturunu nizama salır və həzmi yaxşılaşdırır.
  • Daxili orqanların işi normallaşır və orqanizmdə gümrahlıq bərpa olunur.
  • Amerika alimlərinin 6-illik araşdırması göstərib ki, gün ərzində 5 stəkandan az olmayaraq təmiz su içən insanlarda ürək-damar xəstəliklərinin inkişafı riski 50% azalır.
  • Suyun kifayət miqdarda qəbulu qanı duruldur, qan damarlarda daha sərbəst dövr edir ki, bu da ürəyə və damarlara olan gərginliyi azaldır.
  • Susuzlaşma insanı yorğun, zəif edir.

Bu səbəbdən özünüzü hər zaman gümrah hiss etmək istəyirsinizsə, Alvina istifadə etsənizdə, etməsənizdə su için.

Əziz oxucular, onu da nəzərinizə çatdıraq ki, su kimi yuxu da həm həyatımız, həm də Alvinanın daha təsirli olması üçün vacibdir . 2001 -ci ildə aparılan bir araşdırmada, gündə 5 saatdan az yatanların daha çox visseral yağ (daxili orqan yağlanması) və hipertoniyaya sahib olduqları görülür. Başqa bir araşdırmada, xroniki yuxusuzluğu olanlarda obezitənin, insulin müqaviməti və diabet riskinin artdığı görülür.

Yetərsiz yuxu, doyma siqnalı göndərən leptin hormonunun səviyyəsinin azalmasına səbəb olur. Bu hormonun aşağı səviyyədə olması, vücudunuzun daha çox kaloriyə ehtiyacı olmadığı zamanlarda da yeməyə bir siqnal göndərərək daha çox yeməyinizə səbəb olur. Yetərsiz yuxu iştahı artıran aclıq hormonunun səviyyəsini artırır. Yuxusuzluq kimi orqanizmdə stres yaradan hallar, kortizon hormonunun səviyyəsini artıraraq iştahın artmasına səbəb olur . Daha az yatmaq hormonal tarazlığı pozur, sizi daim yeməyə məcbur edir və piylənməyə dəvət edir . Neçə saat yatmağınızla birgə, yuxunuzun keyfiyyətli və nizamlı olması da çox vacibdir. Hər gecə eyni vaxtda yatmaq vücudunuza yatmağın vaxtı olduğunu bildirir. Hər gün eyni vaxtda oyanmaq da rahat oyanmanıza kömək edir. Yatma vaxtını yarım saatdan çox gecikdirməyin və ya 2-3 saatdan gec qalxmayın.

Yuxu həyatımızın üçdə birini təşkil edir, lakin çoxumuz buna kifayət qədər diqqət yetirmirik. Yuxu, beynimizin və bədənimizin yenidən qurulduğu bir dövrdür. Biz yatanda bədənimizdəki bütün qanın 1/5 hissəsi beyni qidalandırır. Öyrənilən məlumatları yaddaşda saxlayır. Yuxu zamanı neyroplastiklik dediyimiz sinir hüceyrələrini birləşdirən və uzun müddətli yaddaşı gücləndirən yeni sinaptik ötürmə qönçələri əmələ gəlir. Biz yatanda beynimizdə yığılan zəhərli maddələrin çıxarılmasını təmin edən glimfatik sistem mexanizmi işləyir. Beynimiz və bədənimiz gecə saat 23.00 ilə 03.00 arasında özünü təmizləmə və təmir işlərini görür. Oyanıq olarkən enerji mənbələrimizin tükənməsi səbəbindən sərf olunan enerji adenozin adlı zərərli maddələrə çevrilir. Beynimizdə adenozin artdıqca, yatmaq istəyimiz də artır, çünki bu bədənimizin bizə verdiyi 'yuxu vaxtı' xəbərdarlığıdır. Yuxuya düşərək enerji mənbələrinin tükənməsi nəticəsində əmələ gələn zərərli adenozin maddələri bədəndən çıxarılır və bu maddələrin bədənimizə zərər verməsinin qarşısı alınır. Daha az xəstələnmək və güclü immunitet sisteminə sahib olmaq üçün gecə saat 23.00 ilə 03.00 arasında yatmaq çox vacibdir.

İdeal yuxu müddəti yaşa görə dəyişir. Yenidoğulmuş bir körpə gündə 18 saat yatdığı halda, ibtidai sinif uşaqları 10-11 saat, böyüklər 7-9 saat yatmalıdır. Yetkinlər üçün 6 saatdan az və ya 9 saatdan çox yatmaq orqanizm üçün zərərlidir. 7 saatdan az yatmaq bədənin təmir sisteminə mənfi təsir göstərir, 9 saatdan çox yatmaq ölüm riskini 30%artırır, çünki təzyiqi artıraraq ürəyi alt -üst edir, ürək xəstəlikləri, piylənmə riskini artırır.

Yuxunun bir cədvəli var. Müəyyən vaxtlarda yatmaq və müəyyən vaxtlarda oyanmaq da çox vacibdir. "Səhər 3 -də yatıram, səhər 10 -a qədər yatıram, buna görə də 7 saatı tamamlayıram, yuxu problemim yoxdur" desəniz, yanılırsınız. Çünki genetik yuxu cədvəlinizdə təyin olunan zamanda ifraz olunan hormonlar və yuxu zamanı təmir olunan yaddaş funksiyalarınız digər yuxu saatlarından çox fərqlidir. Yuxunun keyfiyyəti onun müddəti qədər vacibdir. Keyfiyyətli yuxu ala bilmirsinizsə, yuxu sizə heç bir fayda verməyəcək. Yuxusuz qaldığınızda və ya yaxşı yatmadığınızda, daha sürətli qocalırsınız, daha tez xəstələnirsiniz, çünki immunitetiniz zəifləyir. Məhsuldarlığınız azalır, yaddaşınız pisləşir, şəkəriniz və təzyiqiniz yüksəlir.


Arıqlamaq bu qədər asan olmamışdı!

Artıq çəkilərinizdən azad olmaq üçün dərhal Alvinanınızı

SİFARİŞ VERİN